Kia Optima 2014, stil və performansın yeni standartı, artıq Azərbaycanda. VIDEO. FOTO

Kia Nyu-York beynəlxalq avto şousunda yenilənmiş Optima-nı 2013-cü ildə təqdim etmişdi və həm mütəxəssislər, həm də ziyarətçilər tərəfindən çox yaxşı qarşılanmışdı. Nəhayət ki, bu avtomobil Azərbaycanın avto həvəskarlarına da təklif olunur.

Upgraded Kia Optima is setting a new standard of style and performance

– Köhnə dizayn dinamik və gözoxşayan ön və arxa panellə yenilənib
– Kia-nın bestseller modeli Optima indi daha çox xüsusiyyətlər və opsiyalar təklif edərək daha artıq rahatlığı təmin edir.

Amerikanın ən sürətlə inkişaf edən avtomobil şirkətlərindən biri Kia Motors Amerika (KMA) 2013-cü il Beynəlxalq Nyu-York Avto Şousunda (NYIAS) bestseller modeli orta ölçülü Optima sedanının yenilənmiş versiyasını təqdim etmişdi. 


Üç il bundan öncə 2010 NYIAS-da Kia Piter Şrayerin dizayn etdiyi Optima sedanını təqdim etməklə avtomobil dünyasının diqqətini üzərinə çəkdi. O vaxtdan etibarən Optima keçən il ərzində ABŞ-da 150 000-dən çox satılmaqla Kia-nın satış lideri oldu və Avropa tipli dizayn və performansına görə bütün dünyanın təqdirini qazandı. 


Amerikada Kia-nın West Point, Ga zavodunda (KMMG) buraxılan 2014 model illi Optima-da dinamik və idmansayağı görünüş saxlanılmaqla ön və arxa panellər yenilənib. LX, EX, SX və LX Limited trimlərlə təklif olunan Optima-nın yeni premium opsiyaları onu kəskin rəqabətin olduğu orta ölçülü sedan segmentində nüfuzlu rəqibə çevirir. 2014 Optima artıq Azərbaycanın Kia salonlarında satışa buraxılıb.

 

 

 “Optimanın yeni versiyası ilə Kia ortaölçülü sedan alıcılarına yeni premium xüsusiyyətlər, rahatlıq və eyni zamanda brendimizi tamamilə dəyişən dünya səviyyəli dizayn incəliklərini təklif etməklə avtomobilin dəyərini yeni səviyyəyə qaldırmağa davam edir” – deyə KMA-nın Marketing və Kommunikasiya üzrə icraçı Vitse-prezidenti Maykl Şprag bildirib. “Optima Kia dizayn təkamülünün zirvəsidir və brendin mükəmməl, gözoxşayan və münasib qiymətli avtomobil istehsal etmək məqsədini ifadə edir”, – deyərək, o, əlavə edib.

 

 

 

Dizaynda yeniliklər*

 

Orta ölçülü sedan segmentində dominantlıq uzunmüddət istəyə deyil funksiyaya məxsusdur. 2014 Optima isə münasib qiymətə həm üslub, həm də funksionallığı birləşdirməklə modelin novator statusunu ortaya qoyur. Optima-nın müasir görünüşünü daha da təkmilləşdirən Kia-nın Frankfurt dizayn komandası avtomobilin ön və arxa paneli və brendin imzası sayılan radiator barmaqlığı yeniləyiblər. Avtomobilin sərt duruşu və aerodinamik forması yeni arxa səsboğucu və baqaj örtüyündə daha da qabardılıb. Avropa yönümlü dizaynın işıqlandırmasında LED qabarit və duman əleyhinə faralar və yeni dizayn edilmiş LED arxa fənərlər diqqəti cəlb edir.

 

 

Yeniliklər Optima-nın salonunda da davam edir. Belə ki, avtomobil sürücünü daha yüksək keyfiyyətli və “haytek” funksiyalarla qarşılayır. Optima-nın işə salma düyməsini basmaqla iki yeni displey açılır: 4,3-düymlük TFT LCD alətlər paneli və UVO eServices, 8 səsgücləndiricili Infinity® səs sistemi, HD Radio™®, SiriusXM™ Satellite Radio və SiriusXM Traffic™4 sistemlərinin idaretmə xüsusiyyətinə malik 8-düymlük yüksək rezolyusiyalı opsional navigasiya və telematika ekranı. Oturacaqların yeni dizaynı rahatlığı təmin edərkən, arxadakı hərəkətə nəzarət edən və arxa parklama sensorlarına malik opsional Blind Spot Detection (BSD) adlanan gizli zonalara nəzarət sistemi komfortu və təhlükəsizliyi artırır.

 

 

2014 Optima-nın hər biri çoxlu sayda standart opsiyalarla təchiz edilib. LX trim xrom başlıqlı iki ədəd səsboğucu, gün əleyhinə şüşələr, güzgülərdə dönmə işıqları, ön duman əleyhinə faralar, yan güzgülərin isidilməsi, xrom örtüklü qapı tutacaqları və 205/65R16 ölçülü təkərli yeni 16-düymlük disk və altı pilləli avtomatik transmissiya ilə təchiz edilib. EX trim isə 215/55R17 ölçülü təkərlərli daha iri 17-düymlük disklər, dəri oturacaqlar, sürücü oturacağının 8 istiqamətdə avtomatik tənzimlənməsini və işıqlandırılan stəkan altlıqları təklif edir. SX trimə gəldikdə müştərilər 225/45R18 təkərlərə malik yeni 18-düymlük disklərdən, unikal ön və arxa alçaq bamperlərdən və kənar alt haşiyələrdən və aerodinamik şüşətəmizləyənlərdən zövq alacaqlar. SX trimə  işıqların istiqamətini avtomatik tənzimləyən HID (ksenon) faralar da daxildir. Nəhayət ən yüksək pillədə yer alan Limited trimə daxil olan unikal 18-düymlük xrom disklər, yeni LED duman əleyhinə faralar, qırmızı əyləc supportları, xrom örtüklü kənar haşiyələr, EPB və premium Nappa dəri oturacaqlar Optima-nı mükəmməlliyin yeni zirvəsinə qaldırır.

 

Dinamik və sərfəli transmissiya*

 

Yeni Optima GDİ texnologiyalı iki güclü Theta II mühərrikləri ilə təklif olunur: 2,4-litrlik 4-silindrli GDİ və ya 2,0-litrlik GDİ turbo mühərrik. 2,4-litrlik mühərrikə malik hibrid güc aqreqatı da sifariş etmək mümkündür. 2.4 GDİ mühərriki LX, EX və SX trimlərdə sifariş etmək mümkün olduğu halda, daha güclü 2.0 turbo GDİ ekskluziv olaraq SX üçün təklif olunur. Bu mühərriklərin hər biri muftasız ötücürülü Sportmatic® xüsusiyyətə malik 6 pilləli avtomatik transmissiya ilə təchiz olunub. 2014 Optimanın SX sport variantı üçün ekskluziv yenilik İdarəetmə Üsulunun Seçilməsidir (DMS). Bu, sürət qutusu pillələrin dəyişmə rejimini və sükan çarxının “yüngüllüyünü” tənzimləyərək müştərilərə tənzimlənə bilən idarəetməni təklif edir.